“Qəbələ”ni məğlub edən klub Çempionlar Liqasını qazandı
UEFA Gənclər Liqasının final oyunu keçirilib. Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki “Kolovrey” stadionunda baş tutan matçda “Olimpiakos”la “Milan” üz-üzə gəlib.
Yunanıstan klubunu rəqibini böyük hesabla məğlub edib – 3:0.
“Olimpiakos” II mərhələdə “Qəbələ”ni mübarizədən kənarlaşdırmışdı. Famil Xəlilovun komandası öz meydanında 0:3, səfərdə isə 0:4 hesabı ilə uduzmuşdu.