"Qəbələ"nin sabiq baş məşqçisi: "Haalanda qarşı çıxış etmək bir stəkan çay içmək kimi bir şey olardı"
“Qəbələ”nin sabiq baş məşqçisi, “Arsenal”ın əfsanəsi Toni Adams bildirib ki, çox rahatlıqla Erlinq Haalandla bacarardı.
Msport.az “The Sun”a istinadən xəbər verir ki, “Mançester Siti”nin norveçli hücumçusu dünən “Arsenal”la matçda dubl edib:
“Haaland? Mən məmuniyyətlə ona qarşı oynayardım. Ona qarşı çıxış etmək mənim üçün bir stəkan şay içmək kimi bir şey olardı. Bu mənim üçün çox asan bir şey olardı. Əvvəl Şirerə qarşı oynamaqdan həzz aldığım kimi indi də Haallandla mübarizədən zövq alardım. Belə hücumçu ilə mübarizə aparanda onu topla oynamağa məcbur etməlisən ki, yorulsun. Dünyada ən yaxşı müdafiə rəqibi qabaqlamaqdır. Top ona gəlməmişdən qabaq birinci özüm yetişməyə çalışardım”.
Xatırladaq ki, Adams 2010-2011-ci illər mövsümündə “Qəbələ”yə rəhbərlik edib.
ANAR ABDULLAYEV