2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləyən Uğur Kurt Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.
Msport.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu “Başakşehir” klubunun prezidenti Göksel Gümüşdağ açıqlayıb.
Qeyd edək ki, bir neçə gün idi ki, məşqçinin axtarışları dağıntılar arasında davam etdirilirdi. Onun voleybolçu olan qızı Simay Kurt atasının axtarışlarının tezləşdirilməsi üçün sosial şəbəkələrdə müraciət də ünvanlamışdı.
AYXAN