"Qəbələ"nin sabiq məşqçisinin qızı: "Atamı tapa bilməmişik"
“Qəbələ” Futbol Akademiyasının sabiq məşqçisi Uğur Kurt Hatayın bölgəsinin ilçəsi İskendurunda dağıntılar altında qalıb. “İskenderunspor” klubunda qapıçılar üzrə məşqçi işləyən 53 yaşlı mütəxəssisin axtarışları heç bir nəticə vermir.
Məşqçinin qızı “Sarıyer Belediyesi” klubunun voleybolçusu Simay Kurt Msport.az saytına açıqlamasında atasının axtarışlarının davam etdiyini söylədi: “Atamı hələ də tapa bilməmişik. Axtarıçlar davam edir. Bəlkə möcüzə…”
Xatırladaq ki, Uğur Kurt 2009-2015-ci illərdə “Qəbələ” klubunda çalışıb.
ELNUR MƏMMƏDLİ