featured-image-39125

“Qəbələ”nin sabiq futbolçusu Ermin Zeç karyerasını bitirib.

Msport.az Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu futbol sahəsində fəaliyyətini davam etdirəcək.

O, ilk peşəkar klubu “İskra”nın rəhbər vəzifədə çalışmaq təklifinə müsbət cavab verib. 2022-ci ilin yayından klubsuz qalan Zeçin II liqa təmsilçisinə təyinatı açıqlandıqdan sonra futbolçu karyerasını bitirdiyi elan ediləcək.

Qeyd edək ki, Ermin Zeç 2015/2016 mövsümündə “Qəbələ”də çıxış edib.

Bənzər xəbərlər