featured-image-42729

“Qarabağ”dan ayrıldıqdan sonra bir neçə akademiya və klubdan təklif gəldi. Hər biri ayrı-ayrılıqda yaxşı təklifi idi. Həmin klublara təşəkkürümü bildirirəm”.

Bu sözləri Msport.az saytına açıqlamasında “Qəbələ”yə məşqçi təyin olunan Rakif Əliyev deyib.

“Qırmızı-qaralar”ı seçməsindən söz açan mütəxəssis bildirib: “Məşqçi kimi yetişməyimdə “Qəbələ”nin böyük rolu olduğundan Səbuhi Səfiyarlı və Elmar Baxşıyevin təklifini geri çevirə bilməzdim. Bu işdə yetərincə təcrübəm var. 2013-2015-ci illər “Bakılı”nın baş məşqçisi olmuşam. İnanıram ki, “Qəbələ”də də əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Rakif Əliyev bunadək “Qarabağ”ın U-15 komandasına başçılıq edib.

Bənzər xəbərlər