"Qəbələ" növbəti oyuna çıxır
“Qəbələ” qış fasiləsində növbəti yoxlama oyununa çıxacaq. Msport.az xəbər verir ki, “qırmızı-qaralar” Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında”Baku Sportinq”lə qarşılaşacaq. Oyun saat 14:00-da başlayacaq.
“Baku Sportinq” I Liqada qış fasiləsinə 2-ci yerdə yollanıb.
Qeyd edək ki, bu “Qəbələ”nin qış fasiləsində 3-cü yoxlama oyunu olacaq. Kaxaber Tsxadadzenin komandası buna qədər “Kəpəz”i 3:1, “Araz-Naxçıvan”ı isə 1:0 hesabı ilə məğlub edib.







