featured-image-19883

“Qəbələ”nin sabiq futbolçusu Sergey Zenyov və “Neftçi”, “İnter”, “Rəvan” kimi klublarda oynamış Dmitri Kruqlov Estoniyada ciddi tənqidə məruz qalıblar. Msport.az xəbər verir ki, qalmaqalın səbəbkarı Rusiya millisinin baş məşqçisi Valeri Karpin olub.

Əslən Narva şəhərindən olan Karpin bayram günlərində ailəsi ilə birgə Estoniyaya gedib. Həmin vaxt o, estoniyalı sabiq və indiki futbolçularla görüşüb. Görüşdə Zenyov və Kruqlov da iştirak edib.

Estoniyalı futbolçuların Rusiya yığmasının baş məşqçi ilə bir masa arxasında oturması “MTÜ Jalgpallihaigla” azarkeş qruplaşmasının etirazına səbəb olub:

“Baxmayaraq ki, bu görüş şəxsi xarakter daşıyırdı, onların Estoniya vətəndaşı və milli komandanın üzvləri kimi dövlətin və Avropanın əksər hissəsinin müdafiə etdiyi dəyərləri qorumağa mənəvi borcları var. İndiki halda rusiyalı yüksək rütbəli futbol adamları ilə görüşmək qəbuledilməzdir”.

Bundan sonra sosial şəbəkdə “Vasilyev yığmanın kapitan sarğısını daşımağa layiqdirmi” sualı ətrafında sorğu keçirilib. Respondetlərin 65 faizi “yox” cavabı verib.

Bənzər xəbərlər