featured-image-82879

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 6-cı turunda baş verən mübahisəli məqamlara aydınlıq gətirib.

Msport.az xəbər verir ki, o, “Qəbələ” – “Neftçi” oyununda (0:3) “ağ-qaralar”ın futbolçusu Alan Şkrbekin 65-ci dəqiqədəki qayda pozuntusuna görə qırmızı vərəqə almalı olduğunu bildirib.

Qeyd edək ki, matçın baş hakimi “Neftçi”nin oyunçusuna sarı vərəqə göstərmişdi. Görüşdə VAR hakimi isə Tural Qurbanov idi.

Bənzər xəbərlər