Qəbələdən UEFA Gənclər Liqasının finalına
Xorvatiya “Hayduk”unun U-19 komandası UEFA Gənclər Liqasının finalına yüksəlib.
Msport.az xəbər verir ki, Split təmsilçisi yarımfinalda İtaliya nəhəngi “Milan”ı mübarizədən kənarlaşdırıb. “Rossonyerlər”ə 3:1 hesabı ilə qalib gələn komanda həlledici matçda Niderlandın “AZ Alkmaar” klubuna rəqib olub.
Qeyd edək ki, “Hayduk” Gənclər Liqasında mübarizəyə “Qəbələ”li həmyaşıdları ilə oyunlarla start verib. Split klubu I mərhələnin ilk matçında 3:0, cavab görüşündə isə 2:1 hesablı qələbə qazanmışdı.







