Qələbəyə görə hamburqer qonaqlığı
“Barselona”nın prezidenti Joan Laporta Çempionlar Liqasının 1\4 final mərhələsinin PSJ ilə ilk oyunundan (3:2) sonra komandasına hamburqer qonaqlığı verib.
Msport.az “AS”a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri Paris restoranlarından birində heyəti bir araya gətirib.
Matçdan sonra Laporta futbolçuları bir-bir şəxsən təbrik edib.
Qeyd edək ki, cavab oyunu aprelin 17-də “Kamp Nou”da keçiriləcək.