Qətər əmiri “Mançester Yunayted”ə 4 milyard funt təklif edir
Qətər əmiri “Mançester Yunayted” klubunun alınması üçün 4 milyard funtdan bir qədər çox pul təklif edəcək.
Msport.az “The Guardian”a istinadən xəbər verir ki, investorlar Qətərin hakim dairələrinə yaxın şəxslərdir.
Hazırda “qırmızı şeytanlar”ın sahibi olan Qleyzerlər ailəsi klubun satışından 6 milyard funt qazanmaq istəyirlər. Lakin qətərlilər bu məbləği ödəməyə hazır deyillər.
Britaniya mətbuatının yazdığına görə, rəsmi təklif cümə gününə kimi göndəriləcək. Son tarix 17 fevral göstərilsə də, ola bilər ki, müddət uzadılsın.
Xatırladaq ki, Qətər əmirinin qohumları PSJ-nin səhmlərinə sahib olan “Qatar Sports İnvestmets” şirkətinə nəzarət edirlər. Lakin “Mançester Yunayted”i almaq istəyənlərin bu şirkətlə və Paris klubunun prezidenti Nasser Əl Xelaifi ilə bağlılıqları yoxdur. Ona görə də bu, UEFA tərəfindən qanun pozuntusu sayılmayacaq.
ANAR ABDULLAYEV







