"Qətər planetin ən yaxşı ölkəsi deyil"- PSJ-nin prezidenti
PSJ-nin prezidenti Nasser Əl- Xelayfi Qətər barədə danışıb.
Msport.az “The Times”ə istinadən xəbər verir ki, əslən bu ölkədən olan iş adamı onlara hörmət olunmasının vacibliyini vurğulayıb:
“Qulaq asın, mən Avropanı sevirəm. Mən ABŞ-ı sevirəm. Mən Asiyanı sevirəm. Bütün dünyanı sevirəm. Mən hamını sevirəm, çünki hər kəsin özünəməxsus mədəniyyəti, ənənələri, dəyərləri var və buna hörmət edirəm. Biz Qətərdə deyirik ki, bizim dəyərlərimiz və mədəniyyətimiz var. Sadəcə istəyirik ki, mədəniyyətimizə, dəyərlərimizə, ənənələrimizə hörmətlə yanaşılsın.
Qətər planetin ən yaxşı ölkəsi deyil, amma inanın mənə, ən pisi də deyil”.
PSJ-nin prezidenti Qətərdə cinsi azlıqların hüquqlarının pozulmasına da münasibət bildirib: “Bizim lider zati alilləri əmir deyib: “Hər kəsə şadıq, ancaq bizə də hörmət edin”. Bütün dillərə, ölkələrə, dinlərə hörmətlə yanaşırıq. Lakin xahiş edirik ki, bizim dəyərlərimizə də hörmət edin. Bura gəlmisizsə, sadəcə hörmət edin. Düzü, elə də çox şey istəmirik”.