featured-image-59378

İngiltərənin “Vest Hem” klubunun qəza keçirən futbolçusu Maykl Antonio xəstəxanadan evə buraxılıb.

Msort.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

34 yaşlı hücumçu Londonun mərkəzi xəstəxanasında ayağından əməliyyat olunub. Hazırda o, bərpa prosesini ev şəraitində davam etdirəcək.

Xatırladaq ki, Maykl Antonio bir müddət öncə avtomobil qəzası keçirmişdi. Onun cari mövsümdə meydana çıxmayacağı bildirilir.

Bənzər xəbərlər