“Qırmızı şeytanlar”da ciddi itki
İngiltərənin “Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, bu barədə “qırmızı-şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Lük Şou uzun müddətə sıradan çıxıb. XXV turda “Luton”la matçda (2:1) xəsarət alan futbolçu bir neçə ay kənarda qalacaq.
Qeyd edək ki, Şou mövsümdə 2-ci dəfə zədələnib. II turda xəsarət alan müdafiəçi üç aya yaxın meydanlardan kənar qalıb.







