featured-image-16479

“Bayern Münhen”in prezidenti Herbert Xayner deyib ki, qışda yeni transferlər etməyəcəklər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Maksimilian Kox “tvitter”də paylaşımıb edib.

Xayner deyib ki, qışda onlara yeni futbolçular lazım olmayacaq: “Bizim qışda transferlərə ehtiyacımız yoxdur. Əmin olmalıyıq ki, bütün futbolçularımız kifayət qədər oyun təcrübəsi əldə edirlər. Baş məşqçi Naqelsmann öz işinin öhdəsindən yaxşı gəlir”.

Münhen klubu 13 oyundan sonra 28 xal toplayaraq Almaniya Bundesliqasına başçılıq edir.

“Bayern Münhen” Çempionlar Liqasında qrupdakı 6 oyunun hamısında qalib gəldi.

 

Bənzər xəbərlər