“Qızıl buts”a namizədlər - Mbappe və Salah şansını qoruyur
Avropanın milli çempionatlarının ən məhsuldar oyunçularının siyahısı yenilənib.
Msport.az xəbər verir ki, mövsümün sonuna yaxın “Qızıl buts”a favoritlər müəyyənləşib.
“Sportinq”in hücumçusu Viktor Qyokereş liderliyini qoruyur. İsveçli forvard başa çatan Portuqaliya çempionatında 39 qol vurub. Ancaq Kilian Mbappe və Məhəmməd Salah liderliyi ələ keçirmək şansını qoruyur. Fransalı “Real”ın heyətində La Liqanın son turunda 1 qol vurmaqla “Qızıl buts”a yiyələnə bilər.
Salahın isə qarşıda iki matçı var. “Liverpul”un liderinə Qyokereşi keçmək üçün 2 qol lazımdır.
1. Viktor Qyokereş (“Sportinq”) – 58,5 xal (39 qol)
2. Kilian Mbappe (“Real”) – 58 (29)
3. Məhəmməd Salah (“Liverpul”) – 56 (28)
4. Harri Keyn (“Bavariya”) – 52 (26)
5-6. Robert Levandovski (“Barselona”) – 50 (25)
Mateo Retequi (“Atalanta”) – 50 (25)
7. Aleksander İsak (“Nyukasl”) – 46 (23)
8. Mika Bieret (“Şturm”, “Monako”) – 42,5 (24)
9-15. Usman Dembele (PSJ) – 42 (21)
Erlinq Haland (“Mançester Siti”) – 42 (21)
Serhou Quirassi (“Borussiya” D) – 42 (21)
Omar Marmuş (“Ayntraxt”, “Mançester Siti”) – 42 (21)
Patrik Şik (“Bayer”) – 42 (21)
Meyson Qrinvud (“Marsel”) – 42 (21)
Ante Budimir (“Osasuna”) – 42 (21)