“Qızıl əlcək” 2 qapıçıya verildi
“Arsenal”ın qapıçısı David Rayya və “Nottingem Forest”in qolkiperi Mats Sels 2024-2025 mövsümünün İngiltərə Premyer Liqasının “Qızıl əlcək” mükafatının sahibləri olublar.
Msport.az xəbər verir ki, bu mükafat Premyer Liqada mövsüm ərzində ən çox oyunda qol buraxmayan qapıcıya verilir.
Hər iki qolkiper geridə qalan mövsüm 13 görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb. Rayya bütün 38 oyunu keçirib və orta hesabla hər matçda 0,89 qol buraxıb. Sels də 38 oyun oynayıb və orta hesabla hər qarşılaşmada 1,21 qol buraxıb.
Bu sıralamada növbəti yerdə “Everton”lu Cordan Pikford qərarlaşıb. O, 12 matçda rəqibə qol imkanı verməyib. Onları “Kristal Pelas”dan Din Henderson (11 oyun), “Çelsi”dən Robert Sançes (10 oyun) və “Mançester Siti”dən Ederson (10 oyun) izləyirlər.