featured-image-30252

“Mançester Yunayted”in qapıçısı David De Xea Premyer Liqada cari mövsümün “Qızıl əlcək” mükafatını qazanıb.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqanın 37-ci turu çərçivəsində səfərdə “Bornmut” üzərində qələbə qazanıb (1:0). Bununla da De Xea turnirin cari mövsümündə 17-ci dəfə öz qapısını toxunulmaz saxlayıb. İspaniyalının ən yaxın təqibçisi “Liverpul”un qolkiperi Alissondur (14 quru oyun).

Qeyd edək ki, Premyer Liqada mövsümün sonuna cəmi 1 tur qalıb.

Royal Türksoy

Bənzər xəbərlər