featured-image-18706

“France Football” nəşrinin təsis etdiyi “qızıl top” mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub.

Msport.az “Goal” nəşrinə istinadən xəbər verir ki, birinci pillədə PSJ-nin argentinalı futbolçusu Lionel Messi yer alıb.

Onun Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe ikinci, İngiltərə “Mançester Siti”sindən Erlinq Haland üçün sıradadır.

İspaniyanın “Atletiko” klubunda çıxış edən Antuan Qrizman ilk “10-luğ”u tamamlayır:

1. Lionel Messi (PSJ, Fransa)

2. Kilian Mbappe (PSJ, Fransa)

3. Erlinq Haland (“Mançester Siti”, İngiltərə)

4. Neymar (PSJ, Fransa)

5. Robert Levandovski (“Barselona”, İspaniya)

6. Vinisius Junior (“Real”, İspaniya)

7. Kevin De Bruyne (“Mançester Siti”, İngiltərə)

8. Məhəmməd Salah (“Liverpul”, İngiltərə)

9. Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya)

10. Antuan Qrizman (“Atletiko”, İspaniya)

“Qızıl top” mükafatını 2022-ci ildə “Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema qazanıb.

Bənzər xəbərlər