“Qızıl top” mükafatı üçün səsvermənin nəticələri
Fransanın “France Football” nəşri “Qızıl top” mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.
Msport.az xəbər verir ki, qalib Lionel Messi (Argentina millisi, “İnter Mayami”) 462 xal toplayıb.
O, “Mançester Siti”də çıxış edən norveçli Erlinq Holannı 105 xal qabaqlayıb. İlk “3-lüy”ü Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayıb – 270 xal.
Qeyd edək ki, Lionel Messi karyerası ərzində 8-ci dəfə “Qızıl top” mükafatına sahib olub.