“Qızıl top”u alan futbolçu vəfat edib
İspaniyalı əfsanəvi futbolçu Luis Suares Miramontes vəfat edib. Msport.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.
1960-cı ildə “Qızıl top”u almış futbolçu karyerası ərzində “Departivo”, “Espaniya İndastrial”, “Barselona”, “İnter” və “Sampdoriya” kimi klublarda çıxış edib.
Miramontes 1964-cü ildə İspaniya millisinin heyətində Avropa çempionu olub.
O, 1960-cı ildə “Qızıl top”un səsverməsində Frents Puşkaş və Uve Zeleer kimi futbolçuları qabaqlayıb.
Miramontes “Barselona” tarixində bu mükafatı alan ilk oyunçudur.
ANAR







