featured-image-82427

“Arsenal”ın və “Barselona”nın sabiq futbolçusu Tyerri Anri 2026-cı ilin “Qızıl top” mükafatı ilə bağlı namizədini açıqlayıb.

Msport.az xəbər verir ki, fransalı sabiq futbolçu, mükafatın “Real”ın hücumçusu Kilian Mbappeyə verilməli olduğunu düşünür:

“Məncə, “Qızıl top”u Mbappe qazanmalıdır. O, ən yaxşı fərdi çıxış edən futbolçu olub. Mbappe Çempionlar Liqasında, dünya çempionatında və La Liqada “qızıl buts” qazanıb”.

Mbappenin əleyhinə olan əsas amil 2025/26 mövsümündə komanda səviyyəsində titul qazana bilməməsidir. O, Fransa millisinin heyətində də dünya çempionatının qalibi ola bilməyib.

Bənzər xəbərlər