“Qızıl top”un sahibi bəlli oldu
“Barselona”nın qadınlardan ibarət komandasının üzvü Aytana Bomanti “Qızıl top”a sahib olub. Msport.az xəbər verir ki, İspaniya millisinin futbolçusu ardıcıl 3-cü dəfə bu mükafata yiyələnib.
Ona adıçəkilən mükafatı İspaniya yığmasının və “Barsa”nın sabiq oyunçusu Andreas İnyesta təqdim edib.