“Qızıl topu” qazansa…müqaviləsi uzadılacaq
“Real”ın hücumçusu Kərim Benzema “Qızıl top”u bu il qazansa, onun klubla olan müqaviləsi avtomatik olaraq uzadılacaq.
Msport.az “Relevo”ya istinadən xəbər verir ki, fransalı futbolçunun müqaviləsində belə şərt var ki, o, “Qızıl top”a sahib olarsa, anlaşmanın müddəti artırılmalıdır.
34 yaşlı forvardın Madrid klubu ilə hazırlı müqaviləsi 2023-cü ilin iyunun 30-a kimidir.
“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə keçiriləcək.
Benzema ötən mövsüm “Real”ın heyətində həm İspaniya La Liqasını, həm də Çempionlar Liqasını qazanıb. Onun komandası İspaniya Superkubokunun da sahibi olub. Bu mövsümün əvvəlində isə “kral klubu” UEFA Superkubokuna yiyələnib.