featured-image-82243

“Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün bizim üçün yaxşı oyundan daha vacibi qələbə idi. Sırf psixoloji cəhətdən deyirəm. Pis oynamadıq. Amma məqamlar var ki, üzərində işləməliyik”.

Msport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 4-cü turunun “Sumqayıt”la (2:1) oyundan sonra deyib.

– Qələbə qazansanız da, azarkeşlər narazı idi. Nəticələr sizi də narahat edir?

– Çempionat uzundur, indidən danışmaq tezdir. Mövsümün sonunda vəziyyətə baxarıq.

– Aleks Serranonun zərbəsi zamanı topun qapıdan keçib-keçmədiyi müzakirə edildi. Sizcə, həmin epizodda top qapıdan keçmişdi? 

– Hakimlərin işinə qarışmaq istəmirəm. Bugünkü epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda hiss etmişdimsə, bu dəfə hiss etmədim və qol olduğunu deyə bilmərəm.

Bənzər xəbərlər