featured-image-60584

“Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınıb”.

Msport.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere deyib.

58 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş “Qarabağ” – “Turan Tovuz” oyunundakı mübahisəli epizodla bağlı fikirlərini bölüşüb.

O, qarşılaşmanın 89-cu dəqiqəsində Tovuz təmsilçisinin vurduğu qollla bağlı danışıb.

“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un oyunçusu Kauan Martinsin önünə düşür və o, fərqlənir. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınıb”.

Qeyd edək ki, “Turan Tovuz” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər