Qol vurdu, qırmızı vərəqə aldı
“Liverpul”un hücumçusu Uqo Ekitike Liqa Kubokunun 1/8 final mərhələsinin oyununun 85-ci dəqiqəsində “Sauthempton”a qol vurduqdan sonra formasını çıxararaq azarkeşlərə göstərib.
Msport.az xəbər verir ki, həmin vaxt futbolçu artıq sarı vərəqə almışdı.
Nəticədə, Ekitike köynəyini çıxardığı üçün ikinci xəbərdarlıq alıb və qolundan bir dəqiqə sonra meydandan qovulub.
Fransız hücumçu “Liverpul”a ötən yay Frankfurt “Ayntraxt”ından keçib. Bu müddət ərzində o, bütün yarışlarda səkkiz matçda meydana çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.