featured-image-27548

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola iddia edir ki, komandası Erlinq Haaland gəlməmişdən də çox qol vururdu.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bununla belə, norveçli hücumçunun onlar üçün vacib oyunçu olduğunu vurğulayıb:

“O, bizim üçün çox vacib futbolçudur. O, bizə Çempionlar Liqasını qazanmağa kömək etməyə gəlib. Bununla yanaşı, eyni tərzdə Premyer Liqa və İngiltərə kubokunda da yardımçı olmağa. Heyətində dayandığı yerdə qol vurmağı bacaran futbolçunun olması çox əhəmiyyətlidir.

Lakin biz “Monako”ya 6 qol vurduq (2017-ci ildə iki oyunda), amma mübarizəni dayandırdıq. “Tottenhem”ə 4 qol vurduq (2019-cu ildə iki oyunda) yenə yarışdan kənarda qaldıq. Biz həmişə qol vururduq, bununla bağlı heç vaxt qlobal problemimiz olmayıb”.

ANAR 

Bənzər xəbərlər