featured-image-25227

Çempionlar Liqasının 1\8 final mərhələsinin “Leyptsiq”sə cavab oyununda (7:0) 5 qol vuran “Mançester Siti”nin hücumçusu Erlinq Haaland təəssüratlarını bölüşüb. Msport.az BBC-yə istinadən xəbər verir ki, norveçli forvard vurduğu qolları xatırlamadığını deyib:

“Əla gecədir. Bu turnirdə oynadığıma görə qürurluyam, xoşuma gəlir. 7:0 hesabı ilə qalib gəlmək möhtəşəmdir”.

“Beş qoldan hansı daha gözəl alındı” sualını 22 yaşlı futbolçu belə cavablandırıb: “Mən hər şeyi dumanlı xatırlayıram. Yadımdadır necə vururdum, amma nə düşündüyümü xatırlamıram. Qollara sevinməkdən elə yoruldum ki.

Mənim supergücüm qol vurmaqdır. Obyektiv danışmalıyam da? Bu gün elə çox qol oldu. Xüsusi olaraq fikirləşmirdim, sadəcə topu qapıya göndərməyə çalışırdım. Söhbət tez qərar verməkdən və topu qapıçı olmayan istiqamətə vurmaqdan gedir”.

Haaland Qvardiolanın onu əvəzləməsindən də danışıb: ” na dedim ki, ikiqat het-trik (reksa-trik-red.) etmək istərdim. Amma nə edə bilərəm ki”?

AYXAN 

 

 

 

Bənzər xəbərlər