featured-image-34972

PSJ heyətinə yeni futbolçu qatıb.

Msport.az xəbər verir ki, “Benfika”nın hücumçusu Qonçalo Ramoş icarə əsasında Paris təmsilçisinə keçib. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

PSJ Ramoşu bir mövsümlük icarəyə götürüb. İcarə müddəti bitdikdən sonra PSJ Portuqaliya millisinin futbolçusunu 80 milyon avro qarşılığında tam transfer edəcək.

22 yaşlı hücumçu “Benfika”nın əsas komandasında 105 oyun keçirib, 41 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər