featured-image-26266

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines hesab edir ki, Kriştiano Ronaldo 2 hücumçulu sistemdə oynaya bilər.

Msport.az “O Jogo”ya istinadən xəbər verir ki, belçikalı mütəxəssis Ronaldonun komandası üçün çox əhəmiyyətli futbolçu olduğunu deyib:

“Kriştiano yığmalar səviyyəsində 198 oyun keçirən yeganə futbolçudur. Paltardəyişmə otağında onun təcrübəsi çox vacibdir.

Qonsalu Ramuş və Ronaldo bir yerdə oynaya bilərlər. Bu heç müzakirə ediləsi məsələ də deyil”.

Ramuş Lixtenşteynlə matçda 78-ci, Lüksemburqla görüşdə isə 65-ci dəqiqədə meydana daxil olub. Hər iki halda Ronaldonu əvəzləyib.

Lixtenşteynlə oyun “Əl Nəsr”in hücumçusu üçün millilər səviyyəsində 197-ci matç olub. O, bu göstəriciyə görə, dünya rekordçsuna çevirilib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər