featured-image-22765

PSJ-nin hücumçusu Neymar gecələr evdə təşkil etdiyi səs-küylü məclislərlə qonşularını boğaza yığıb. Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, Paris ətrafında yerləşən Bujival şəhərciyinin meri də bununla bağlı öz etirazını bildirib.

Braziliya millisinin futbolçusunun qonşularından biri Valentin bildirib ki, Neymar tez-tez məclislər eləməsə də, olanda uzun müddət davam edir və çox səs-küy olur.

O, deyib ki, hər nə qədər təəccüblü olsa da, Neymarın ad günü ilə bağlı parti cəmi saat 23:45-ə kimi davam edib və qonşular çox da narazı qalmayıblar:

“Mən burda yaşayandan bəri dörd, ya beş məclis olub. Hər dəfə də səhər 5-6-ya kimi.

Son dəfə sentyabrın 27-də “Park de Prens”də keçirilən Braziliya – Tunis oyunundan sonra məclis olmuşdu. Həmin gün saat 23:00-da bütün Braziliya komandasının oyunçuları Neymarın evinə gəlmişdilər. Sonra həftəortası səhər 6-ya kimi gəzdilər. Heç məni dəvət etmədilər”.

Qonşunun sözlərinə görə, bu məclislərə görə, ulduz futbolçuya təzyiq göstərmək gərəkir:

“Yəqin ki, şikayət edən qonşular olub. Gördüm ki, polis gəldi, amma ondan sonra heç nə baş vermədi. Neymar üçün 135 avro cərimə elə də bir şey deyil.  Belə çıxır ki, ikili standartlar var. Son nəticə Neymar və adi vətəndaş üçün fərqli olur”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər