Qoretska İtaliya nəhənginin hədəfində
“Bayern Münhen”in futbolçusu Leon Qoretska “Yuventus”a keçə bilər.
Msport.az xəbər verir ki, almaniyalı futbolçu mövsümöncəsi keçirilən yoxlama oyunlarında əsas heyətdən kənar düşüb. Tomas Tuxelin planlarına daxil olmayan futbolçu əsas heyətdə oynaya biləcəyi komandaya keçmək istəyir.
Münhen təmsilçisi sərfəli təklif alacağı təqdirdə Qoretskanı satmağa hazırdı.
28 yaşlı futbolçuyla “Mançester Yunayted” də maraqlanır.
Qeyd edək ki, Qoretska 2018-ci ildən “Bayern”də çıxış edir. O, ötən mövsüm ərzində 40 oyunda meydana çıxıb, 6 qol və 6 assistlə yadda qalıb.
Royal Türksoy







