featured-image-30626

“Qranada” klubu gələn mövsüm İspaniya La Liqasında mübarizə aparacaq. Msport.az xəbər verir ki, Pako Lopesin komandası 42 oyundan 75 xal toplayaraq 1-ci yeri tutub.

“Qranada” Sequndaya düşdükdən bir il sonra Primeroya dönür.

“Las Palmas” 42 xalla 2-ci yeri tutub. Komanda 2017-2018 mövsümündən sonra ilk dəfə La Liqada çıxış edəcək.

Yüksək liqaya vəsiqə uğrunda pley-off matçlarında “Levante”, “Alaves”, “Eybar” və “Albasete” komandaları müvarizə aparacaq.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər