featured-image-51629

“Atletiko”nun futbolçusu Antuan Qrizmann Madrid təmsilçisini tərk edə bilər.

Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Los Anceles” fransalı hücumçunu transfer etmək istəyir.

Xəbərdə Madrid təmsilçisinin Qrizmannın klubdakı gələcəyi ilə bağlı qərar vermədiyi, ancaq futbolçunun MLS-də oynamaq istədiyi vurğulanıb.

Qeyd edək ki, Qrizmannın “Atletiko” ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

Bənzər xəbərlər