Qrizmann “Atletiko”ya “yox” dedi
“Atletiko” hücumçusu Antuan Qrizmanna yeni müqavilə təklif edib.
Msport.az xəbər verir ki, Fransa millisinin üzvü bu təklifi hələ ki, müsbət cavablandırmayıb.
Madridlilər ulduz futbolçu ilə yeni 2+1 illik sözləşmə imzalamağı planlaşdırır. Tərəflər arasında keçirilən görüşdə maaş məsələsi müzakirə olunmayıb. Forvard İspaniyada iddia edilən kimi, hazırkı maaşının yarısından imtina etməyə də razı deyil.
Qeyd edək ki, , 34 yaşlı futbolçu Səudiyyə Ərəbistanı və ABŞ-dan təklifləri alıb. Xüsusilə, “Los-Anceles” Qrizmanna maraq göstərir.