featured-image-26911

İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu seçilib.

Msport.az xəbər verir ki, bu ada “Atletiko”nun hücumçusu Antuan Qrizmann layiq görülüb. Fransalı futbolçu ötən ay ərzində 3 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, Qrizmannla yanaşı namizədlər arasında Enes Ünal (“Xetafe”), Rafinya (“Barselona”), Yaqo Aspas (“Selta”), Samuel Çukvueze (“Vilyareal”), Borxa İqlesiyas (“Betis”) və David Silva (“Sosyedad”) var idi.

Royal Türksoy

Bənzər xəbərlər