Qrizmanna Meksikadan təklif
“Atletiko”nun futbolçusu Antuan Qrizmann karyerasını Meksikada davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Monterrey” 34 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
Klub artıq ulduz oyunçunun nümayəndələri ilə ilkin danışıqlara da başlayıb. Bu komandada İspaniya millisinin və “Real”ın sabiq müdafiəçisi Serxio Ramos da çıxış edir.
Qeyd edək ki, Antuan Qrizmannın “Atletiko” ilə 2027-ci ilin yayınadək müqaviləsi var.