featured-image-28435

“Atletiko”nun hücumçusu Antuan Qrizmann bildirib ki, nə vaxtsa, MLS-də oynamaq istərdi. Msport.az xəbər verir ki, bununla belə, Fransa millisinin üzvü özünü Madrid klubunda əla hiss etdiyini deyib:

“MLS? Həmişə demişəm ki, orda çıxış etmək istərdim. Lakin əlimdən gələni etmişəm ki, Avropada karyeramı davam etdirim. “Atletiko”dakı oyunumdan həzz alıram. Elə bir klub yoxdur ki, özümü burdan daha xoşbəxt hiss edim”.

Qrizmannın “Atletiko” ilə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. O, cari mövsümdə bütün turnirlərdə 39 oyunda 12 qol vurub və 11 məhsuldar ötürmə verib.

ANAR 

Bənzər xəbərlər