Qrizmann rekordu təkrarladı
Fransa millisinin hücumçusu Atuan Qrizmann fransalı yığmanın sabiq üzvü Lilian Türamın rekordunu təkrarlayıb.
Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu buna Avro-2024-ün 1/4 finalında Portuqaliya yığmasına qarşı keçirilən oyunda nail olub.
Qrizmann Fransa millisinin heyətində Avropa çempionatlarının final mərhələlərində 16-cı oyununu keçirməklə Türamın rekordunu təkrarlayıb.
Qeyd edək ki, Qrizmann Fransa millisində ümumilikdə 135 oyuna 44 qol vurub. Lilian Türam isə millidə 142 oyun keçirib, 2 qol vurub.