featured-image-45041

İspaniyanın “Atletiko” klubunun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə cavab matçında rəqib futbolçu Aleksis Sançesi təhqir edib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, hadisə penaltilər seriyası zamanı baş verib.

Fransalı hücumçu Sançes zərbəni qaçırdıqdan sonra həmin an ehtiyat oyunçular skamyasının yanında istehza ilə qışırıb: “O, axmaqdır, çilili axmaqdır”.

Qeyd edək ki, əsas vaxtda rəqibini 2:1 (ilk oyun 0:1) hesabı ilə məğlub edən Madrid klubu penaltilər seriyasında da üstün olub – 3:2. Sançes Milan təmsilçisində 11 metrlik cərimə zərbəsini boşa verən ilk oyunçu idi.

Bənzər xəbərlər