Qrizmannın müqaviləsinin müddəti uzadılır
İspaniyanın “Atletiko” klubu futbolçusu Antuan Qrizmannla müqavilənin müddətini uzadacaq.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat verib.
Onun sözlərinə görə, tərəflər artıq yeni sözləşmənin yekun detallarını hazırlayırlar.
Qeyd edək ki, Qrizmannın hazırkı müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm 47 matçda 24 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.