featured-image-29034

“Frazinone” İtaliya B seriyasının 35-ci turunda “Recina”nı 3:1 hesabı ilə məğlub edərək elitaya vəsiqəni rəsmiləşdirib. Msport.az xəbər verir ki, İtaliya millisinin sabiq üzvü Fabio Qrossonun rəhbərlik etdiyi komanda xallarının sayını 71-ə çatdırıb.

Çempionatın başa çatmasına 3 tur qalmış 3-cü yeri tutan “Bari”nin “Frazinone”yə çatması mümkün deyil. Reqlamentə görə, 1-2-ci yerləri tutan komandalar birbaşa A seriyasına vəsiqə qazanırlar.

“Frazinone” son 8 ildə üçüncü dəfə A seriyasına yüksəlir. Komanda buna qədər 2014 və 2018-ci illərdə yüksək liqaya vəsiqə əldə edib.

2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu olan Qrosso üçün bu məşqçi kimi ilk uğurdur. O, 2021-ci ildə kluba gəlib. Buna qədər Qrosso “Yuvenrus”un gənclər komandasını, “Bari”ni, “Verona”nı, “Breşia”nı və İsveçrə “Syon”nu çalışdırıb.

ANAR 

 

Bənzər xəbərlər