“Qrupda ikinci yeri tuta bilərik” - “Hakken”in futbolçusu
Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqiblərindən olan İsveçin “Hakken” klubunun futbolçusu Amor Layuni Ağdam təmsilçisini dəyərləndirib.
Msport.az xəbər verir ki, “Aftonbladet”a danışan tunisli hücumçu qrupda 2-ci yeri tuta biləcəklərinə inandığlarını bildirib:
“Təbii ki, qrupda ikinci yeri tuta bilərik. “Qarabağ” evdə yaxşı oynayır. Amma biz də nəyə qadir olduğumuzu bilirik. “Bayer”lə matçın böyük hissəsində (0:4) bu səviyyədə oynamağa qadir olduğumuzu da göstərdik”.
Qeyd edək ki, 30 yaşlı forvard “Braqe”, “Deqerfors”, “Elverum”, “Bodo-Qlimt”, “Valarenqa”, “Sidney Uondorers”də oynadıqdan sonra bu il “Hakken”ə keçib.