featured-image-25710

“Mançester Siti”nin baş məşqçisi Pep Quardiola dünən “Kamp Nou”da El Klasikonu izləyib.

Msport.az “As”a istinadən xəbər verir ki, “Barselona”nın sabiq çalışdırıcısı stadionda alqışlarla qarşılanıb.

O fəxri tribunada Yohan Kroyfun həyat yoldaşı Denni Kosterlə yanaşı əyləşib.

Pep 2008-2012-ci illərdə Kataloniya klubunun baş məşqçisi olub. “Barsa” onun rəhbərliyi altında 2008-2009-cu illər mövsümündə Çempionlar Liqasını, La Liqanı və İspaniya kubokunu qazanıb.

ANAR ABDULLAYEV

media-5d83a032-f7e8-4904-acae-0f91d5f0135f

Bənzər xəbərlər