featured-image-60315

“Çox istərdik ki, sabah qələbə qazanaq”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində FCSB (Rumıniya) ilə matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, ilin ilk avrokubok oyununda inamlı çıxış komandası üçün vacibdir: “Bəzi problemlər hazırlıq prosesinə təsir edib. Avroliqada yaxşı nəticələr əldə etmiş bir komandaya qarşı oynayırıq. Rumın futbolu həmişə ciddiliyi ilə fərqlənib”.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq

Bənzər xəbərlər