featured-image-25248

“Real”ın əfsanəvi futbolçularından Quti avtoqraflı formasını Xviça Kvaratsxeliyaya göndərib. Msport.az xəbər verir ki, Gürcüstan milllisinin üzvünə hədiyyə “Napoli”nin bazasında təqdim olunub və o, Qutinin məktubunu oxuyub:

“Təşəkkür edirəm ki, mənim futbolumu sevmisən. Sənin oyunun bir çox uşaqların futbolu sevməsinə gətirib çıxaracaq. Ümid edirəm ki, bu forma xoşuna gələcək və sənin bütün arzuların reallaşacaq. Səni “Real”da gpzləyirəm. Ümid edirəm ki, biz tezliklə görüşəcəyik”.

Formanı alan Xviçanın cavabı belə olub: “Mənim də Quti üçün hədiyyəm var, onu göndərəcəm. Bu formaya və məktuba görə, çox sağ ol. Sən futbolun əfsanəsisən. Bu gün mənim üçün əlamətdar gündür”.

Xatırladaq ki, Quti bir neçə gün əvvəl xəbər tutub ki, Xviça onun kumiri olub və formasını göndərəcəyinə söz verib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər