featured-image-27420

“Çelsi” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək istəyir.

Msport.az xəbər verir ki, “zadəganlar” əsas hədəf kimi “Leypsiq”in müdafiəçisi Yoşko Qvardiolu görür. Bundesliqa təmsilçisi xorvat üçün 100 milyon avro tələb edir. “Çelsi” rəhbərliyi bu məbləği ödəməyə razı olduğunu qarşı tərəfə bildirib. 21 yaşlı futbolçunu həmçinin “Real Madrid”, “Mançester Yunayted” və “Mançester Siti” də izləyir.

Qeyd edək ki, Qvardiol cari mövsüm ərzində 35 oyunda iştirak edib və 3 qol vurub.

Royal Türksoy

Bənzər xəbərlər