Qvardiola 3-cü kuboku qazandı, Zidana çatdı
Pep Qvardiola məşqçi kimi karyerasında 3-cü dəfə Çempionlar Liqasını qazanıb. Msport.az xəbər verir ki, o, bu göstəriciyə görə, Zinəddin Zidana çatıb.
İspaniyalı mütəxəssis buna qədər iki dəfə “Barselona” ilə qitənin ən nüfuzlu klub turnirində qalib gəlib – 2008\2009, 2010\2011.
Zidan üç dəfə “Real”la ÇL-ə sahib olub.
Məşqçilər arasında ən çox qələbə qazanan isə Karlo Ançelottidir – dörd dəfə. İtaliyalı məşqçi iki dəfə “Milan”la, iki dəfə də “Real”la qələbəyə sevinib.







